"Qızıl top" mükafatını qazanan Luka Modriçə qarşı vətənində məhkəmə tərəfindən yalançı şahidliklə bağlı iddia irəli sürülüb.
Offsideplus.az xəbər verir ki, futbolçunun günahı təsdiqlənərsə, onu 5 illik azadlıqdan məhrumetmə cəzası gözləyir.
Belə ki, “Dinamo”nun keçmiş prezidenti Zdravko Mamiçin məhkəməsində əsas şahidlərdən biri kimi dindirilən Luka Modriç 3 il əvvəl iddia edib ki, “Tottenhem”ə keçidi ilə bağlı öz payına düşən pulun müəyyən hissəsini “Dinamo”nun prezidentinin şəxsi hesabına köçürüb və bununla da bağlı vergidən yayınmağına kömək edib. Cari ildə yenidən dindirmələr davam edib və Modriç 3 il qabaq dediyi sözlərdən imtina edib və Mamiçə pul ötürmədiyini qeyd edib. Bununla bağlı Osiek məhkəməsi yalançı şahidliklə bağlı Modriçə qarşı iddia qaldırıb.