"Barselona" və "Real" arasındakı xoşagəlməz durumu görmək üçün bu komandalara azarkeşlik etmək lazım deyildi. Bunu hər kəs bilirdi”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Barselona”nın sabiq futbolçusu Andres İnyesta “Marca”ya açıqlamasında deyib.
Hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi “Real” və “Barselona” arasında keçirilən oyunların gərginliyini Madrid klubunun sabiq baş məşqçisi Joze Mourinyonun artırdığını bildirib: “Komandalar bir-birinə nifrət edirdi. Ab-hava dözülməz idi. Futbolçular arasındakı bu cür münasibət İspaniya millisinə də ziyan vururdu. "Barselona" - "Real" arasındakı münasibətləri Mourinyo qızışdırırdı”.
Qeyd edək ki, hazərda "Mançester Yunayed"i çalışdıran Mourinyo 2010-2013-cü illərdə Madrid klubunun baş məşqçisi olub.