"Real Madrid" klubu “Bayern”in müdafiəçisi Dayot Upamekanonun azad agent kimi transferinə çalışsa da, bu keçidin baş tutma ehtimalı demək olar ki, tamamilə aradan qalxıb.
Offsideplus.az xəbər verir ki, məlumata görə, Madrid klubunun daxilində aparılan müzakirələrdən sonra Upamekano transferinin reallaşmasının artıq gündəmdə olmadığı bildirilib.
Madridlilər əvvəlcə futbolçunun müqavilə vəziyyətini və mümkün şərtləri qiymətləndirsə də, son mərhələdə bu variantdan imtina edib.
Hazırda “kral klubu” müdafiə xəttini gücləndirmək üçün digər alternativlər üzərində diqqətini cəmləyib.
Dayot Upamekano idə artıq "Bayern" ilə yeni müqavilə üçün razılıq əldə etməyə yaxındır.




