“Barselona”nın müdafiəçisi Ronald Arauxo klubun icazəsi ilə Tel-Əvivə dini və mədəni səfərə yollanıb.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi bu səfəri “ruhani və mədəni xarakterli” olaraq qiymətləndirib.
Arauxo hazırda çətin şəxsi dönəmdən keçdiyi üçün müqəddəs məkanları ziyarət edərək “güc toplamaq və daha güclü qayıtmaq” istəyir. Baş məşqçi Hansi Flik də futbolçunun son günlərdə emosional olaraq ağır bir mərhələdə olduğunu təsdiqləyib.
Klub rəhbərliyi isə müdafiəçinin bu səfərin ardından özünə tam güvənlə qayıdacağına və ən yaxşı formasını göstərəcəyinə inanır.
Arauxonun qayıdışının komanda üçün xüsusi əhəmiyyət daşıdığı bildirilir.



