Almaniyalı müdafiəçi öz transferini "Real Madrid"ə təklif edib.

Offsideplus.az xəbər verir ki, söhbət Niko Şlotterbekdən gedir. O, 2026-cı ilin yay transfer dövrü üçün özünün transferini Madrid rəhbərliyinə rəsmi şəkildə təklif edib.

Məlumata görə, Madrid klubu bu ideyanı hələ rədd etməyib və transfer ehtimalı gündəmdə qalır.

İndi bütün qərar “Real Madrid”in seçimindən asılıdır – onlar istəsələr, proses irəliləyə bilər.