"Barselona"nın futbolçusu Dani Olmo sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, o, ötən gecə "Atletiko" ilə matçda qol vurduqdan sonra çiynindən zədələnib.
Onun 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
D. Olmo 2024-cü ilin yayından "Barselona"da çıxış edir. O, cari mövsüm 17 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Barselona" 37 xalla La Liqada liderdir.



