"Real Madrid" "Liverpul"un ulduzu üçün 75 milyon avro büdcə ayırdı.
Offsideplus.az xəbər verir ki, söhbət Florian Virtsdən gedir.
Onlar futbolçunu gələn yay daha ucuz qiymətə transfer edə biləcəyinə inanır. Alman ulduzun "Liverpul"un oyun sisteminə tam uyğunlaşa bilməməsi Madrid klubunda ümid yaradıb.
İddialara görə, əgər Virts çətinlik çəkməyə davam edərsə, "Liverpul" onunla bağlı “zərər etmədən satış” variantına açıq ola bilər və ən yüksək təklifi verən kluba satmağa hazırdır.
"Real Madrid" isə mümkün transfer üçün maksimum 75 milyon avro büdcə ayırıb və bu rəqəmin üzərinə çıxmağı planlaşdırmır.




