"Real Madrid"də Xabi Alonso ilə bağlı qərar verildi.
Offsideplus.az xəbər verir ki, son həftələrdə klub daxilində bir sıra futbolçuların baş məşqçidən narazılığı yaranıb. Hətta, onun klubdan göndərilməsi ilə bağlı sosial şəbəkələrdə çağırışlar da olub.
Lakin, bütün bunlara rəğmən, “Real Madrid” rəhbərliyi, o cümlədən prezident Florentino Peres baş məşqçi Xabi Alonsona tam etimad göstərdiklərini bildirib və onunla yola davam etməyə qərar verib.
Klub daxilində bəzi “problemlər”in mövcud olduğu təsdiqlənsə də, bütün komanda bu məsələlərin həlli üzərində işləyir.
Rəhbərlikdən verilən açıqlamada vurğulanıb ki, “Real Madrid”də heç bir böhran yoxdur.



