PSJ klubu "River Pleyt"in gənc futbolçusu Franko Mastantuono ilə razılığa gəlmişdi.

Offsideplus.az xəbər verir ki, ancaq "Real Madrid"in skaut şefi 17 yaşlı oyunçunu razı salmaq üçün Argentinaya gedib. 

Mastantuono həmişə "kral klubu"nda çıxış etmək istəyib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Argentinalı futbolçu 2 ildir "River Pleyt"in əsas komandasında çıxış edir. O, cari mövsüm 19 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə 17 yaşlı istedadın dəyəri 30 milyon avrodur.