Dean Huyssenin nümayəndələri hazırda Madriddədir və "Real Madrid" klubu ilə müqavilə məsələləri yekunlaşdırılmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, futbolçunun 60 milyon avro məbləğində olan sərbəstqalma dəyəri 3 hissəyə bölünərək ödəniləcək. "Real Madrid" Dean Huyssenin transferi üçün bu məbləği "Bornmut" klubuna ödəyəcək.
Eyni zamanda, transfer məbləğinin 10 faizi – yəni 6 milyon avro – futbolçunun əvvəlki komandası olan "Yuventus"a çatacaq.
Qeyd edək ki, bundan başqa "kral klubu" "Liverpul"dan Aleksandr Arnoldun keçidini də böyük ölçüdə tamamlayıb.