"Real Madrid" klubu ağır itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun heyətində Vinisius Junior sıradan çıxıb. O sol topuğundan zədə alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Vinisius "Malyorka"ya qarşı mayın 14-də keçiriləcək La Liqa oyununda iştirak etməyəcək.

Qeyd edək ki, braziliyalı vinger "Barselona"ya qarşı matçda zədələnərək, 88-ci dəqiqədə əvəzlənmişdi. 

Xatırladaq ki, "El-Klasiko"da "Real" 3:4 hesabı ilə uduzub.