Ulduz futbolçu "Real Madrid"in "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "kral klubu" "Liverpul"dan İbrahima Konate ilə maraqlanır. Bu barədə "El Chiringuito" məlumat yayıb.

"Real"ın yay "transfer pəncərəsi"ndə ingilislərə təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, fransalı müdafiəçi 2024/25 mövsümündə "Liverpul" forması ilə 34 oyuna çıxıb və 2 qola, 2 məhsuldar ötürməyə imza atıb.