Madridin "Real" klubu ukraynalı Ilya Voloşinlə rəsmi müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, futbolçunun 18 yaşlı tamam olan kimi onunla ilk peşəkar anlaşmaya qol çəkilib.
202 sm boya malik qapıçı ötən ilin yanvarında "Real"a transfer olunub. O, "kral klubu"nun 17 və 18 yaşlılardan ibarət komandalarında forma geyinib.
Qeyd edək ki, "Real"ın əsas komandasında da ukraynalı qapıçı - Andrey Lunin yer alır. İlya Voloşinə gələcəkdə Luninin əvəzləyicisi qismində baxırlar.