Madridin "Real" klubunun sabiq üzvü Xavyer Dorado dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, 48 yaşlı keçmiş futbolçu xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra gözlərini əbədi yumub.
"Kral klubu"nun yetirməsi olan Dorado müdafiəçi mövqeyində çıxış edib. O, "Real"ın əsas komandasında 8 matç keçirsə də, 1999/2000 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olmağı bacarıb.
Bundan savayı, "Rayo Valyekano", "Sportinq" (Xixon) və "Malyorka" klublarnın formasını geyinən Dorado karyerasını 2012-ci ildə bitirib.