Cud Bellingem komanda yoldaşı Federiko Valverdenin "Atletik" matçında etdiyi səhvlərinə rəğmən ona dəstək olub.

Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Təcrübəli hücumçu bunları söyləyib:

"Üzr istəmək lazım deyil, qardaş. Biz birlikdə qələbə qazanır, birlikdə məğlub oluruq"

Xatırladaq ki, görüş Bilbao təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.