“Real”ın hücumcusu Rodriqo Madrid təmsilçisi ilə yollarını ayıa bilər.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “İnter”, “Arsenal”, “Çelsi” kimi klublar maraqlıdır.

Son vaxtlar Kilian Mbappe və Vinisius Juniorun kölgəsində qalan braziliyalı futbolçunun klubunu dəyişməkdə maraqlı olduğu bildirilir.

Qeyd edək ki, Rodriqonun “Real”la müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.