Frenki de Yonq bu səhər "Barselona"nın məşqi zamanı zədələnib.

Offsideplus.az xəbər verir ki, klubun yaydığı məlumata görə, niderlandlı yarımmüdafiəçi sağ ayağının arxa bud əzələsinin (distal biseps) nahiyəsindən xəsarət alıb. Aparılan tibbi müayinələr nəticəsində futbolçunun bərpa müddətinin 5–6 həftə davam edəcəyi təsdiqlənib.

Beləliklə, de Yonq yaxın həftələrdə komandasına kömək edə bilməyəcək və bir neçə vacib qarşılaşmanı buraxmalı olacaq.