“Real Madrid” klubunun PSJ-nin yarımmüdafiəçisi Vitinyanın transferi ilə bağlı marağı davam edir.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin portuqaliyalı futbolçu üçün ciddi planlar qurduğu və bu transferi reallaşdırmaq üçün bir neçə əsas səbəbin olduğu bildirilir.
Məlumata görə, Vitinyanın PSJ ilə təxmini 100 milyon avro dəyərində təklif gələcəyi təqdirdə klubu tərk etmək barədə şəxsi razılaşması var.
Bundan əlavə, “Real Madrid” və PSJ arasında münasibətlərin son dövrlər xeyli yaxşılaşdığı qeyd olunur. Xüsusilə Florentino Peres və Nasser Al-Xelaifi arasındakı əlaqələrin bu prosesdə mühüm rol oynadığı vurğulanır.
Digər tərəfdən, Vitinyanın özü də Parisdəki təcrübəsindən sonra yeni çağırışlara açıq olduğu və karyerasında növbəti mərhələyə keçmək istədiyi bildirilir.



