“Real Madrid” ilə UEFA arasında bağlanan razılaşmada xüsusi maddələr yer alıb.
Offsideplus.az xəbər verir ki, bu razılaşmaya əsasən, “Real Madrid” Avropada futbolun gələcəyi ilə bağlı danışıqlarda UEFA-nın çətiri altında olan 800 klubun bir hissəsi kimi yox, ayrıca müstəqil tərəf kimi təmsil olunacaq.
Beləliklə, Madrid təmsilçisi Avropada bu hüquqa malik yeganə klub olacaq və futbolun struktur islahatları, kommersiya hüquqları və gələcək formatlarla bağlı müzakirələrdə birbaşa öz adından çıxış edəcək.
Bu vəziyyət “Real Madrid”in Avropa futbolunda siyasi və iqtisadi təsir gücünün nə qədər yüksək olduğunu bir daha göstərir və digər klublar arasında geniş müzakirələrə səbəb olub.


