PSJ sabiq hücumçusu, hazırda İspaniyanın "Real" klubunda forma geyinən Kilian Mbappeyə olan borcunun bir hissəsini ödəyib.

Offsideplus.az "L'Equipe"ə istinadən xəbər verir ki, tərəflər arasında mübahisə hələ də davam edir.

Paris təmsilçisi ulduz futbolçuya qalan 6 milyon avro borcun 4 milyonunu ödəyib.

Hazırda tərəflər arasında danışıqlar davam edir.  Borc tam bağlanmasa,  PSJ yenidən məhkəməyə verilə bilər.