Unai Emeri yayda “Aston Villa”dan ayrılaraq “Real Madrid”in baş məşqçisi postunu qəbul edərsə, klub daxilində ciddi dəyişikliklər gözlənilir.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssisin planlarına uyğun olaraq Antonio Rüdiger, Arda Güler və ən diqqətçəkən adlardan biri olan Trent Aleksander-Arnold satış siyahısına salına bilər. Qeyd olunur ki, bu futbolçular Emerinin potensial “təmizləmə siyahısı”nda yer alır.
Daha əvvəl Almaniya mətbuatı Unai Emerinin “Real Madrid”in baş məşqçi namizədləri arasında yüksək mövqedə olduğunu yazmışdı. Klub rəhbərliyinin onun adını ciddi şəkildə müzakirə etdiyi bildirilir.
Əgər bu ssenari gerçəkləşərsə, Madrid klubunda böyük heyət dəyişiklikləri qaçılmaz ola bilər.


