"Barselona"ya "Kamp Nou" stadionu ilə bağlı mənfi xəbər gəldi.
Offsideplus.az xəbər verir ki, onlar “Atletiko Madrid”ə qarşı keçiriləcək cavab oyunu üçün "Phase 1C" icazəsini vaxtında ala bilməyəcək.
Klub stadion tutumunu 62 min tamaşaçıya çatdırmağı planlaşdırsa da, Şəhər Şurası bu icazəni təsdiqləməyib və qərarla bağlı konkret açıqlama verməyib.
Bildirilir ki, klub “Kamp Nou”nun növbəti sektorunun genişləndirilməsi üçün Şəhər Şurasından təsdiqi martın əvvəlində almağı gözləyir.
Bundan əlavə, “Spotify Kamp Nou”nun yenidənqurma layihəsinin ilkin 960 milyon avroluq büdcəni 200–300 milyon avro aşdığı bildirilib. “Barselona” bu maliyyə boşluğunu ehtiyat fondlar və “Goldman Sachs”dan alınan 1,5 milyard avroluq maliyyələşmənin bir hissəsi ilə qarşılamayı planlaşdırır.
İlk komanda stadiona planlaşdırılandan bir il gec – noyabr ayında qayıdıb. Oyunlar hazırda məhdud tutumla keçirilir, əsas sektorların bir qismi hələ də tamamlanmayıb. Davam edən yoxlamalar və icazələrdən sonra bazar günü “Levante” ilə La Liqa matçı üçün 62 min tamaşaçıya icazə verilə biləcəyi qeyd olunur. Eyni zamanda “Grada d’Animació” və “Gol Sud” sektorlarının yenidən açılması ilə bağlı müzakirələr davam edir.


