“Mançester Yunayted” Markus Reşfordun “Barselona”ya transferi üzrə razılaşdırılmış 30 milyon avroluq satınalma opsionunu yenidən müzakirə etməyi planlaşdırmır.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu hesab edir ki, keçən yay tərəflər arasında müəyyən edilən məbləğ artıq ədalətli və bazar dəyərinə uyğundur.

“Yunayted” rəhbərliyi bildirir ki, Reşfordun gedişi reallaşacağı təqdirdə klub həftəlik təxminən 315 min funt sterlinq maaş yükündən də azad olacaq.

Məlumata görə, Markus Reşfordun özü isə “Barselona”da qalmaq istədiyini açıq şəkildə ifadə edib və karyerasını Kataloniya klubunda davam etdirməyə müsbət yanaşır.