İspaniya La Liqasında XXIV tur çərçivəsində “Real Madrid” öz meydanında “Real Sosyedad”ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Real”ın heyətində Qonzalo Qarsiya, Vinisius Junior (2) və Federiko Valverde fərqləniblər.
Oyorzabal isə qonaqların yeganə qolunun müəllifi olub.
Qarşılaşma “kral klubu”nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


