Argentinalı ulduz futbolçu Lionel Messi “Barselona” klubunda keçiriləcək prezident seçkilərinə müdaxilə etmək və hər hansı namizədi dəstəkləmək fikrində deyil.

Offsideplus.az xəbər verir ki, Messi bu prosesdən tam kənarda qalmaq istəyir və heç bir tərəfə açıq dəstək göstərməyəcək.

Hazırda əsas diqqətini qarşıdakı dünya çempionatına yönəldən 37 yaşlı futbolçu seçkilərlə bağlı mövqeyini qoruyaraq neytral qalmağa qərar verib. O, gələcəkdə “Barselona”ya qayıtmaq niyyətində olsa da, bu məsələni turnirdən və seçkilərdən sonra düşünməyi planlaşdırır.

Bildirilir ki, klub prezidenti Joan Laporta Messi ilə əlaqələri bərpa etməyə çalışsa da, futbolçu özünü xəyanətə uğramış hesab etdiyi üçün bu cəhdlərdən yayınır. Messi seçkilərin nəticəsini gözləyəcək və yalnız bundan sonra klubla bağlı gələcək planlarını nəzərdən keçirəcək.