"Real Madrid"in futbolçusu Vinisius Junior "Monako" ilə oyundan sonra komandadan ayrılacağı ilə bağlı iddialara cavab verib.

Offsideplus.az xəbər verir ki, braziliyalı vinger bu barədə bunları deyib:

"Mən Real Madriddə uzun müddət qalmaq istəyirəm.

Müqaviləmin yenilənməsi? Daha bir illik müqaviləm var. Biz çox rahatıq. Mən prezidentə etibar edirəm, o da mənə etibar edir, çox yaxşı münasibətimiz var.

Hər şeyi doğru zamanda həll edəcəyik. Tələsəcək bir şey yoxdur".