"Real Madrid"in yeni baş məşqçisi Alvaro Arbeloa rəhbərlikdən ilk transferini istəyib.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis müdafiənin mərkəzini PSJ-dən Vilyan Paço ilə gücləndirməyi düşünür.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Paço 2024-cü ilin yayından PSJ-nin üzvüdür. Paris təmsilçisi onun üçün "Ayntraxt"a 40 milyon avrodur.

"Transfermarkt" portalına görə onun hazırki bazar dəyəri 70 milyondur.

24 yaşlı ekvadorlu futbolçu cari mövsüm 23 oyunda 2 qol vurmağı bacarıb.