"Real"ın yarımmüdafiəçisi İngiltərə Premyer Liqasına keçə bilər.

Offsideplus.az xəbər verir ki, "Aston Villa" yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirmək məqsədilə "Real Madrid"in futbolçusu Dani Sebalyosu transfer hədəfinə çevirib.

Onlar daha əvvəl “Tottenhem”ə keçən Konor Qallageri heyətinə qatmaq istəsə də, bu transfer baş tutmayıb. Bu səbəbdən klubun diqqətini alternativ variant kimi Dani Sebalyosa yönəltdiyi bildirilir.

"Real Madrid"də əsas heyətdə stabil yer qazana bilməyən ispan yarımmüdafiəçinin gələcəyi ilə bağlı qərarın yaxın vaxtlarda verilməsi gözlənilir.