“Real Madrid”ə cəmi altı ay əvvəl transfer olunan və klub tarixinin ən bahalı müdafiəçilərindən biri olan Din Huysenin gələcəyi qeyri-müəyyənləşib.

Off, klub prezidenti Florentino Perez bu il müdafiə xəttinə yeni futbolçu cəlb olunmasında israrlıdır.

Bu kontekstdə “RB Leipsiq”in mərkəz müdafiəçisi Kastello Lukeba “Real”ın əsas transfer hədəflərindən biri kimi ön plana çıxıb.

Müdafiəçi transferi baş tutacağı təqdirdə, Huysenin komandadakı rolu və gələcək planları yenidən nəzərdən keçirilə bilər. Klub daxilində bu mövzuda müzakirələrin davam etdiyi bildirilir.