Azərbaycan Premyer Liqasında yeni mövsüm başlasa da, yerli futbolçular arasında klubsuz olanlar da az deyil.

Offsideplus.az xəbər verir ki, azad agent statusu olan oyunçular Vaqif Cavadov, Araz Abdullayev, İlqar Qurbanov, Amil Yunanov, Orxan Sadıqlı, Bəxtiyar Həsənalızadə, Cavid Tağıyev, Vadim Abdullayev, Aqşin QurbanlıNicat Süleymanovdur.

v

Karyerası ərzində bir çox ölkələrdə və klublarda forma geyinən Vaqif Cavadov 2019-cu ilin yanvarından klubsuzdur. Millimizin sabiq futbolçusu əvvəllər CSKA, "Qarabağ", "Tvente", "Volqa", "Bakı", "Xəzər-Lənkəran", "Qəbələ", "Qaziantep", "Boluspor" və AZAL-da forma geyinib. Cavadovun son klubu "Keşlə" olub. Onun transfer dəyəri 600 000 avrodur.

Araz abdullayev azeri footballer

Milli komandamızın üzvü Araz Abdullayev də klubsuz olan futbolçular siyahısındadır. Karyerası boyunca "Neftçi", "Everton", “Panionios”, “Qəbələ” və “Anorthosis”da çıxış edən Abdullayevin son klubu “Qarabağ” olub. Mövsümün sonunda Ağdam klubu ilə yolları ayrılan futbolçunun transfer dəyəri 300 min avrodur.

İlqar Qurbanov
34 yaşlı İlqar Qurbanov 2020-ci ilin iyulundan klub tapa bilmir. Türkiyədə “Fənərbağça”, “Sivasspor”, “Boluspor”, “Mersin İdman Yurdu”, Azərbaycanda “Xəzər-Lənkəran”, AZAL, “Qarabağ”, “Qəbələ” və son olaraq “Sumqayıt” klubunda çıxış edib. Müdafiəçinin transfer dəyəri 50 000 avrodur. Yeri gəlmişkən, Qurbanov komanda tapmayacaöı halda karyerasını bitirəcəyini bildirib.

615687 oomxwgwo7j

Mövsümün sonunda “Sumqayıt”dan ayrılan Amil Yunanov da klub tapmaqda çətinlik çəkir. Karyerası ərzində Azərbaycan klublarında çıxış edən 27 yaşlı forvard “Sumqayıt”la yanaşı “Qəbələ”, “Neftçala”, “Rəvan”, AZAL, “Keşlə” və digər klubların formasını geyinib. A. Yunanovun transfer dəyəri 250 000 avrodur.

109843“Xəzər-Lənkəran” klubunun yetirməsi olan Orxan Sadıqlı mövsüm sonunda “Zirə”dən ayrıldıqdan sonra işsizdir. 27 yaşlı qolkiper əvvəllər “İnter”, “Keşlə” və “Sumqayıt” klublarında da çıxış edib. O.Sadıqlının transfer dəyəri 175 000 avrodur.

bextiyarziraport“Zirə”nin yeni müqavilə təklifini şərtlər qane etmədiyi üçün qəbul etməyən Bəxtiyar Həsənalızadə də klubsuzdur. “Zirə”dən əvvəl “Sumqayıt”ın formasını geyinən Azərbaycan millisinin sabiq futbolçusu karyerasını xaricdə davam etdirmək niyyətindədir. B. Həsənalızadənin transfer dəyəri 275 000 avrodur.

1200038
Tovuz futbolunun yetirmələrindən olan Cavid Tağıyevin son klubu “Sabah” olub. Sentyabrın 1-indən klubsuz olan futbolçu əvvəllər “Turan”, AZAL, “Qarabağ”, “Sumqayıt”, “Zirə” klublarında da çıxış edib. C. Tağıyevin transfer dəyəri 150 000 avrodur.

vadim
Vadim Abdullayevin son klubu “Sabah” olub. “Bakı”, “Simurq”, “Qəbələ”, “Sumqayıt” və “Şüvəlan” klublarında da top qovan 25 yaşlı oyunçunun transfer dəyəri 100 000 avrodur.

plr 01 0000s 0012 Цветовои баланс 1 копия 3
Karyerası ərzində 2 klubun – “Neftçi” və “Səbail”in formasını geyinən Aqşin Qurbanlı mövsüm sonundan etibarən klubsuzdur. Son 2 ili “Səbail” klubunda keçirib. A. Qurbanlının transfer dəyəri 100 000 avrodur.

956c2058 09ac 4778 b94f 5508015518e9 850
Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçisi Nicat Süleymanov mövsümün sonunda “Qarabağ”dan ayrıldıqdan sonra azad agentdir. Karyerası ərzində “Qarabağ”dan başqa “Zirə”də forma geyinən oyunçunun transfer dəyəri 250 000 avrodur.