Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Sumqayıt" "Fehervar"a məğlub oldu - 1:2.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra "kimyaçılar"ın çalışdırıcısı mətbuat konfransında iştirak etdi. Mütəxəssis məğlubiyyəti belə şərh etdi:

"Oyun başlayan kimi çətin durumla üzləşdik. Azlıqda qaldıq. Bu, bütün planlarımızı alt-üst etdi. İkinci oyun var. Udsaydıq da, cavab matçı çətin olacaqdı. Bəzi səhvlərimizi düzəldərək ikinci görüşdə yaxşı mübarizə aparmağa çalışacağıq. Qırmızıdan sonra üstünlüyü rəqibə vermədik. Öz oyunumuzdan çıxdıq. Təcrübəsiz komandayıq. Bəzi futbolçularımız oyundan qopdular. Bunu təcrübə kimi istifadə edəcəyik. İnşallah, ikinci görüşdə daha yaxşı oyun sərgiləyəcəyik".

Samir Abasov səfərə qələbə üçün yollanacaqlarını bildirdi:

"Sözün açığı, tam fərqli "Fehervar" gördük. Çempionatda başqa oyun sərgiləyirlər. Onlar bizi xüsusi oyunla təəccübləndirmədilər. Qırmızıya kimi biz daha yaxşı performans sərgilədik. Səfərə qələbə üçün gedəcəyik. Baxmayaraq ki, çətinliklərimiz var. Bu oyunda qalmayacağıq. Yenə deyirəm, səfərə qələbə qazanmaq üçün gedəcəyik".