"Neftçi" klubunun futbolçusu Filip Ozobiç UEFA Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Beşiktaş"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi qarşılaşmanı səbrsizliklə gözlədiklərini bildirib:

"Sabahkı matçı səbirsizliklə gözləyirik. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək".

Qeyd edək ki, "Neftçi" - "Beşiktaş" qarşılaşması sabah saat 21:00-da "Neftçi Arena"da baş tutacaq.