"Qarabağ" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində Bakıda Belçika "Gent"i ilə qarşılaşacaq.

Ağdam təmsilçisinin xanım azarkeşi, tanınmış bloger Nuray Muxtarova matçdan gözləntilərini Offsideplus.az-la bölüşüb: "Düşünürəm ki, Bakıdakı matç 2:2 hesablı bərabərliklə başa çatacaq. Yeni transfer Yassin Benziadan da qol gözləyirəm. Futbolçularımıza güvənirəm. Yaxşı hazırlaşıb, mərhələni keçəcəyik. Çalışacam ki, bu vacib qarşılaşmada komandama stadiondan dəstək olum".

Xatırladaq ki, "Qarabağ" "Gent"lə ilk oyununu fevralın 16-da Bakıda keçirəcək.