UEFA Konfrans Liqasının "Nitsa" - "Köln" matçı zamanı tribunalarda baş verən və 18 nəfərin yaralanması ilə nəticələnən davaya görə hər iki komandanı cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, "Köln" klubu 100 000 avro məbləğində cərimələnib və növbəti səfər oyununda azarkeşsiz oynayacaq. Ev sahibi "Nitsa" da növbəti ev və səfər oyunlarını tərəfdarsız oynamalı olacaq.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu noyabrın 3-də baş tutacaq.