Bu gün Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki,  Türkiyənin İstanbul şəhərində keçirilən tədbir  Bakı vaxtı ilə saat 16:30-da start götürüb.

Qrupları təqdim edirik:

A qrupu: "Başakşəhər", "Fiorentina","Harts", RFŞ

B qrupu: "Vest Hem", "Styaua", "Anderlext", "Silkeborq"

C qrupu: "Vilyareal", "Hapoel" (Ber-Şeva), "Austriya" (Vyana), "Lex"

D qrupu: "Partizan", "Köln", "Nitsa", "Slovaçko"

E qrupu: "Az Alkmaar", "Apollon" (Limassol), "Vaduts", "Dnepr-1"

F qrupu: "Gent", "Molde", "Şemrok Rovers", "Yurqorden"

G qrupu: "Slaviya" (Praqa), ÇFR, "Sivasspor", "Balkani"

H qrupu: "Bazel", "Slovan" (Bratislava), "Jalgiris", "Punik"

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.