UEFA Azərbaycanlı hakim Əliyar Ağayevi Konfrans Liqası matçına tapşırıb.

Offsideplus.az xəbər verir ki, FIFA referisi Latviyada oynanılacaq RFŞ - "Linfild" matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.