Əliyar Ağayev UEFA Konfrans Liqası matçını idarə edəcək.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı FIFA referisi Konfrans Liqasının III təsnifat mərhələsində "Styau" və "Dunayska Streda" komandaları arasında baş tutacaq cavab qarşılaşmasına hakimlik edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yardım edəcəklər, dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, matç avqustun 11-də baş tutacaq.