"Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.

Offsideplus.az xəbər verir ki, Urfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo əməliyyat sonrası müalicəni davam etdirir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la Macarıstandakı oyunda zədələnən İlkin Qırtımov komanda ilə məşqlərə start verib. Dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edir.

Qeyd edək ki, İlkin Qırtımov "Fehervar"a 1:4 hesabı ilə məğlub olduqları matçın ilk hissəsinin sonlarına yaxın başından ciddi zədə alıb. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən müdafiəçi Rüfət Əhmədovla əvəzlənib. Komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə keçiriləcək.