Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar" (Macarıstan) - "Qəbələ" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Mixael Borisin mətbuat konfransı baş tutub.

Offsideplus.az xəbər verir ki, 47 yaşlı çalışdırıcı 4:1 hesabı ilə qalib gəldikləri matç haqda bunları deyib:

“İlk 20 dəqiqə istədiyimiz kimi alınmadı. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda əziyyət çəkdik. Komandam bərabərlik qolunu vurduqdan sonra öz oyununu tapa bildi. Nəticədən razıyam. Amma oyun planında heç də hər şey istədiyimiz kimi deyil. Bundan sonra tamamilə cavab qarşılaşmasına fikrimizi cəmləməliyik . Səfər görüşündə daha sürətli oyun sərgiləyəcəyimizə ümid edirəm. Bu oyunun son 20 dəqiqəsindəki kimi mübarizə aparmalıyıq. Sabahdan cavab matçının hazırlığına start verəcəyik”.

Qeyd edək ki, iki komanda arasındakı cavab görüşü iyulun 28-də Qəbələdə keçiriləcək.