Bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkü atıldı.

Azərbaycanı bu turnirdə təmsil edən "Qəbələ" Macarıstanın "Fehervar" klubuyla qarşılaşacaq.

Püşklə bağlı "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədovun fikirlərini aldıq.

Təcrübəli futbolçu Offsideplus.az-a açıqlamasında bunları dedi:

"Rəqibin 1-2 oyununa baxmışam. Çox ciddi rəqibdir. Bu gün biz bu turnirdə mübarizə aparırıqsa, sona kimi döyüşəcəyik. Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyirik".

Cavid Əliyev