UEFA Avropa Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalda Yunanıstan PAOK-u ilə qarşılaşacaq.
Tədbirdə eyni zamanda final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma olub.
1/4 final
1."Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)
2. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya)
3. "Marsel" (Fransa) - PAOK (Yunanıstan)
4. "Lester" (İngiltərə) - PSV (Niderland)
Yarımfinal
1. 4-cü cütün qalibi - 1-ci cütün qalibi
2. 2-ci cütün qalibi - 3-cü cütün qalibi
Final
1-ci yarımfinal cütünün qalibi - 2-ci yarımfinal cütünün qalibi
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal görüşləri aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək.