UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Marsel” – “Qarabağ” oyunu üçün nəzərdə tutulmuş qonaq komandanın azarkeş sektorunun biletləri matç günü satışa çıxarılacaq.

 Offsideplus.az xəbər verir ki, qarşılaşmanı izləmək və komandamıza stadionda dəstək olmaq istəyən azarkeşlər oyun günü – 17:00-dan 20:30-a kimi “Velodrom” arenasında ayrılacaq kassadan biletləri ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. “Qarabağ” fanatları üçün stadiona giriş 20-ci qapıdan olacaq.