“Qarabağ”ın UEFA Avropa Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstanın “Kayrat” klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.
Offsideplus.az xəbər verir ki, adıçəkilən komandanın yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevin koronavirus testi müsbət çıxıb.
Qeyd edək ki, “Kayrat” H qrupunda “Qarabağ”, “Omoniya” (Kipr) və “Bazel”lə (İsveçrə) mübarizə aparır.