Qazaxıstanın "Kayrat" klubu UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 37 nəfərlik siyahıda Ermənistan millisinin 29 yaşlı müdafiəçisi Kamo Ovanesyan da yer alıb.

Qeyd edək ki, "Qarabağ" "Kayrat"la ilk matçını oktyabrın 21-də evdə, ikinci oyununu isə noyabrın 4-də səfərdə keçirəcək.