Şotlandiya "Aberdin"inin baş məşqçisi Stiven Qlass UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk matçından əvvəl mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- İlk avrokubok təcrübənizdir. Oyuna necə hazırlaşmısınız?
- "Qarabağ"ı təhlil etmişik. Avropada kifayət qədər məşhur komandadır. Sabah bizi möhtəşəm oyun gözləyir.
- İddialı açıqlamalarla yadda qalmısınız. İlk dəfədir ki, avrokubok həyəcanı yaşayırsınız. Bu əminlik nədən irəli gəlir?
- Fikrimcə, hər iki komandanın şansları eynidir. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. "Qarabağ"a rəqib kimi hörmətlə yanaşırıq.
- Azərbaycan futbolu və "Qarabağ" haqda nə dərəcədə məlumatlısınız?
- "Qarabağ"ın avrokuboklardakı son və çempionat oyunlarını izləmişik. Heyətlərində milli komandalarda oynayan futbolçular var.
- "Qarabağ"ın avrokuboklarda təcrübəli olması "Aberdin"i narahat etmir ki?
- "Qarabağ" Avropada məşhur komandalardan biridir. "Aberdin" də Avropada məşhurdur. Narahatlıq yoxdur. İkinci oyunumuz da var və Şotlandiyada oynanılacaq.
- Bakıdakı havadan narazı deyilsiz?
- Hava öyrəşmədiyimiz dərəcədə istidir. Amma oyun axşam saatlarında olacaq. Gün ərzində maye balansını saxlamağa çalışacağıq.