FİFA referimiz Əliyar Ağayev Konfrans Liqasının matçına UEFA-dan yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, turnirin pley-off mərhələsində "Gent" (Belçika) - "Rakuv" (Polşa) arasında cavab oyununda ədaləti qoruyacaq. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Gent" - "Rakuv" qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq.