Konfrans Liqasının 2-ci mərhələsində “Sumqayıt”ın rəqibi olan Serbiyanın “Çukariçki” klubunun futbolçusu Srcan Miyailoviç açıqlama verib.
Offsideplus.azxəbər verir ki, yarımmüdafiəçi hazırda yalnız "Sumqayıt"la oyunlara kökləndiklərini bildirib:
“Artıq “Sumqayıt”ın üstün və çatışmayan tərəflərini bilirik. Əlbəttə, Avropada asan rəqib yoxdur. İlk matç çox şeyi həll edə bilər. Bütün diqqətimiz “Sumqayıt”la oyuna yönəlib. Addım-addım irəliləmək istəyirik. Azarkeşlərdən böyük dəstək görəcəyimizə ümid edirəm”.
“Sumqayıt” “Çukariçki” ilə ilk oyununu sabah Belqradda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da, Sumqayıtda olacaq.