UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Keşlə" Rusiya Federasının “Soçi” komandası ilə qarşılaşacaq.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Sənan Qurbanov püşk barədə fikirlərini bölüşüb:
“Potensial rəqiblərdən ən güclüsü düşdü. Bildiyiniz kimi, “Soçi” komandası Rusiya Premyer Liqasında çıxış edir. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, hətta “Soçi” komandasından da güclü rəqib düşsəydi belə, inanımız heç zaman itməməlidir. UEFA Konfrans Liqasında çıxış etdiyimizə görə çox xoşbəxtik. Belə görünə bilər ki, “Soçi” komandası bizə rəqib olduğuna görə məyus olmuşuq, ancaq bu, belə deyil. Biz çalışacağıq ki, mərhələni keçək. Ən əsası odur ki, inamımız daim bizimlədir”.