"Fiorentina"nın hücumçusu Edin Ceko Konfrans Liqasının tarixinə keçib.

Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu komandasının Vyana "Rapid"ini 3:0 hesabı ilə məğlub etdiyi oyunda bunu bacarıb.

39 yaşlı futbolçu bu görüşdə komandasının 2-ci qolunu vuraraq Konfrans Liqasının tarixində fərqlənən ən yaşlı futbolçu olub.

Ceko "Fiorentina"ya bu yay qoşulub. O, əvvəlki iki mövsümü "Fənərbağça" klubunda keçirmişdi.