Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək olan "Zirə" - "Hayduk" (Split) matçının hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanı Yunanıstandan olan hakimlər idarə edəcək.
Baş hakim Xristos Varqetisə Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.
Qeyd edək ki, tərəflər arasındakı ilk matç iyulun 23-də Bakıda oynanılacaq.



